İsmayıllıda filial açıldı – Mədət Quliyev 6 velosiped hədiyyə etdi

Azərbaycan Velosiped İdmanı Federasiyasının ilk regional nümayəndəliyi açılıb.

Velosiped federasiyasından Komanda.az-a verilən məlumata görə, bundan sonra İsmayıllı rayonunda velosiped idmanı üzrə bölmə fəaliyyət göstərəcək. İsmayıllı Olimpiya İdman Kompleksində yerləşən filialda yeniyetmə və gənclər peşəkar şəkildə idmanın bu növü ilə məşğul ola biləcəklər.

Eyni zamanda, Şamaxı Olimpiya İdman Kompleksinə baxış keçirilib və yaxın günlərdə burada da federasiyanın filialının açılması planlaşdırılır.

Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev tərəfindən İsmayıllı filialına 6 velosiped və ehtiyat hissələri hədiyyə edilib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button