İslamiada: Stadnik 33 saniyəyə qələbə qazandı

Qadın güləşi üzrə dördqat Olimpiya mükafatçısı, ikiqat dünya və səkkizqat Avropa çempionu, Avropa Oyunlarının ikiqat və 4-cü İslam Həmrəylik Oyunlarının qalibi Mariya Stadnik Türkiyənin Konya şəhərində keçirilən İslamiadaya parlaq qələbə ilə başlayıb.

Komanda.az xəbər verir ki, bir illik fasilədən sonra güləşə qayıdan Stadnik A qrupunda Qazaxıstan təmsilçisi Svetlana Ankiçeva ilə qarşılaşıb.

O, 33 saniyəyə rəqibindən xallar alaraq görüşü erkən qələbə ilə başa vurub.

Azərbaycanın digər qadın güləşçisi, üçqat Avropa mükafatçısı, 4-cü İslam Həmrəylik Oyunlarının gümüş medalçısı, 2-ci Avropa Oyunlarının mükafatçısı Alyona Kolesnik (59 kq) də İslamiadaya qələbələrlə başlayıb. 59 kq çəkidə yer alan Kolesnik əvvəlcə qazaxıstanlı Dürdanə Bekeşi vaxtından əvvəl 12:0, daha sonra özbəkistanlı Dilfuzə Aymbetovanı 6:3 hesabı ilə üstələyib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button