
İslamiada: Azərbaycan güləşçisi “gümüş” qazandı
Azərbaycan güləşçisi Ağanəzər Novruzov (74 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Komanda.az xəbər verir ki, o, finalda İran təmsilçisinə 0:5 hesabı ilə uduzaraq, fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Digər təmsilçilərimizdən Arseniy Djioyev (86 kq) qızıl, Giorgi Meşvildişvili (125 kq) bürünc medal uğrunda görüşə çıxacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



