İslamiada: Azərbaycanın basketbol yığmalarından 1 qızıl, 1 gümüş medal

Azərbaycanın qadın basketbolçulardan ibarət 3×3 yığması Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Komanda.az xəbər verir ki, millimiz finalda Mali seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının 21:6 hesablı qələbəsi ilə bitib.

Azərbaycanın kişi basketbolçulardan ibarət 3×3 millisi isə həlledici matçda Seneqal seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 21:16 hesablı qələbəsi ilə bitib.

Beləliklə, Azərbaycan millisi 2017-ci ildə Bakıda keçirilmiş İslamiadanın qalibi titulunu qoruya bilməyib və gümüş medalla kifayətlənməli olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button