İslamiada: Azərbaycan daha bir “qızıl” qazanıb

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında daha bir qızıl medal qazanıb.

Komanda.az xəbər verir ki, Fərid Ağamoğlanov (Full kontact – 63,5 kq) İslamiadanın qalibi olub.

Finalda uduzan Camal Məmmədov (Full kontact – 54 kq) gümüş medalla kifayətlənib.

Beləliklə, Azərbaycan qızıl mealların sayını 27-yə çatdırıb.