“İşimiz asan deyil” – Klopp

İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp komandaya müdafiəçi transferinin olub-olmayacağı ilə bağlı danışıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, müdafiəçi almaq istədiklərini bildirib:

“Transfer alınacaqmı, bilmirəm, amma buna cəhd edəcəyik. İşimiz asan deyil. Doğru zamanda doğru addım atmağı planlaşdırırıq. Klublar futbolçuya yüksək məbləğ təyin edirlər. İndi bir müdafiəçiyə 80 milyon funt-sterlinq ödəyə bilmərik”.