İsgəndərlidən 1 qol, 1 məhsuldar ötürmə

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyununa çıxıb.

Komanda.az xəbər verir ki, sözügedən komanda 15-ci tur çərçivəsində evdə “Vlajniya” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan 3:0 hesablı qələbə ilə ayrılıb.

İsgəndərli bu matça start heyətdə başlayıb və 74-cü dəqiqədə əvəzlənib. Komandasının ikinci qolunda məhsuldar ötürmə müəllifi olan Vüsal 41-ci dəqiqədə özü də fərqlənib. Bu, onun Albaniya çempionatında 2-ci qoludur.

“Eqnatiya” hazırda 33 xalla 1-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button