İsgəndərli qol vurdu, komandası qalib gəldi

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyununa çıxıb.

Komanda.az xəbər verir ki, sözügedən komanda 6-cı tur çərçivəsində səfərdə “Vlajniya” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyunda 2:0 hesabı qələbəyə sevinib. İsgəndərli oyuna start heyətdə başlayıb və 85-ci dəqiqədə əvəzlənib. Komandasının ilk qolunu da 49-cu dəqiqədə Vüsal vurub.

“Eqnatiya” hazırda 13 xalla 1-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button