“İrqçiliklə, cinsi ayrıseçkiliklə mübarizə aparmalıyıq” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Kataloniyada keçirilən etiraz aksiyaları ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis, insan hüquqları uğurunda mübarizə aparacağını deyib:

“Düşünürəm ki, bu məsələylə bağlı digər ölkələrdən olan insanlar da susmamalıdırlar. Amma hər zaman olduğu kimi, insanlar bu məsələlərə kənardan baxır və onlara aiddiyyatı olmadıqca müdaxilə etmirlər. Bu məsələyə bütün insanların müdaxiləsi lazımdır. Avropa dövlətləri də münaqişəyə qarışmalıdır. Biz irqçiliklə, cinsi ayrıseçkiliklə mübarizə aparmalıyıq. Hər zaman kişi və qadınların bərabər hüquqları uğrunda mübarizə aparmışam və bunu davam etdirəcəm. Harda olmağımdan asılı olmayaraq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button