İrina Zaretska Portuqaliyaya getdi

Azərbaycan karateçiləri 22-24 aprel tarixlərində mövsümün ikinci Karate1 Premyer Liqa turnirində iştirak etmək üçün Portuqaliyanın Matosinhos şəhərinə yollanıb.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 14 idmançı yer alıb.

Kişilərdən ibarət milli komandanın baş məşqçisi Qurban Tağıyev, böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynov yarışda Əminağa Quliyev, Sultan Hüseynov, Hüseyn Məmmədli (hər üçü -60 kq), Tural Ağalarzadə, Rafiz Həsənov (hər ikisi -67 kq), Fərid Ağayev (-75 kq), Pənah Abdullayev, Turqut Həsənov (hər ikisi -84 kq), Asiman Qurbanlı və Osman Osmanlıya (hər iksi 84+ kq) üstünlük verib.

Qadınların baş məşqçisi Denis Morozov isə Mədinə Sadiqova (-50 kq), İlahə Qasımova (-55 kq), Ayla Rzazadə (-61 kq) və İrina Zaretskanı (-68 kq) müşayiət edəcək. Beynəlxalq hakimlərdən Cahangir Babayev və Vüqar Kərimov yarışın referiləri arasında olacaq.

Karate1 Premyer Liqa turnirinə 58 ölkədən 351 idmançı qatılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button