İqalodan “Mançester Yunayted”lə bağlı açıqlama

İcarə əsasında “Mançester Yunayted”də çıxış edən Odion İqalo açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, müqavilə əsasında Çinin “Şanxay Şenxua” klubuna məxsus olan 30 yaşlı futbolçu, “qırmızı şeytanlar”da qalıb-qalmayacağı ilə bağlı bunları deyib:

“Hələ ki, real təklif yoxdur. Çünki mövsüm davam edir və icarə müqaviləm var. Mən təkcə qərarlar vermirəm, mənim öz prinsiplərim var. Karyeramla bağlı bir çox insanın şərhlərini görmüşəm, amma bu barədə heç nə demək istəmirəm. Mövsüm bitəndə və iki komandadan təklif alanda, bu barədə düşünəcəm. Hər şey ola bilər, mövsümün başa çatmasını və müqaviləmin bitməsini gözləyirəm. İndi sadəcə mövsümü yaxşı bitirməyə köklənməliyəm”.

İqalonun “Mançester Yunayted”lə icarə müqaviləsi iyunda başa çatır. Bir müddət əvvəl klubun nigeriyalı futbolçunun transfer hüquqlarını almaq istədiyi bildirilirdi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button