“İnter”in Türam üçün təklifi

“İnter” “Borussiya”nın (Münhenqladbax) hücumçusu Markus Türamla danışıqlar aparır.

Komanda.az “calciomercato.com”-a istinadən xəbər verir ki, A Seriyası təmsilçisi fransalıya illik beş milyon avro maaşla beş illik müqavilə təklif edir.

“İnter” hələ yanvar ayında 25 yaşlı oyunçunu transfer etmək istəyən klublar arasında yer alırdı. Lakin keçid baş tutmamışdı.

Türamın Bundesliqa klubu ilə müqaviləsi yayda başa çatacaq. O, klubla müqaviləni yeniləmək niyyətində deyil. Bu səbəbdən, futbolçu digər klublarla açıq şəkildə danışıqlar apara bilir.

Markus Türam cari mövsümdə “Borussiya”nın heyətində 20 oyuna çıxıb, 13 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button