PSJ Erikseni transfer edə bilər – bir şərtlə

“İnter”dən ayrılacağı deyilən Kristian Eriksen daha bir klubun maraq dairəsindədir.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, PSJ danimarkalı futbolçunu heyətinə qatmaq istəyir. Paris təmsilçisi Erikseni qışda heyətinə qatmağa hazırdır, amma bunun üçün futbolçu məvacibində güzəştə getməlidir. Məlumata görə, PSJ futbolçu ilə 7,5 milyon avro məvacib əsasında razılaşmaq niyyətindədir.

Eriksenlə keçmiş klubu “Tottenhem” də maraqlanır.

Bu ilin yanvarında “İnter”ə transfer olunan futbolçunun klubla müqaviləsi 2024-cü ildə başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button