“İnter”in hücumçusu “Real”a qarşı oynamayacaq

İtaliyanın “İnter” klubunun hücumçusu Romelu Lukakunun aqibətinə aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Şaxtyor”la oyunda (0:0) zədələnən belçikalı futbolçunun Madrid “Real”ı ilə görüşdə də meydana çıxmayacağı dəqiqləşib.

27 yaşlı hücumçu sol baldır əzələsindən xəsarət aldığı üçün A Seriyasında 6-cı turun “Parma” ilə oyununda (2:2) da iştirak etməyib.

Qeyd edək ki, ÇL-in qrup mərhələsinin üçüncü turu çərçivəsində noyabrın 4-də Madriddə baş tutacaq “Real” – “İnter” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Lukaku bu mövsüm bütün turnirlər çərçivəsində meydana çıxdığı 7 oyunda 7 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button