“İnter” ukraynalı üçün 25 milyon avro təklif edə bilər

“İnter” “Atalanta”nın ukraynalı yarımmüdafiəçisi Ruslan Malinovskini transfer etmək istəyir.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “İnter” qarşıdakı qış transfer pəncərəsində futbolçunun keçidi üçün 25 milyon avro təklif edə bilər. Milan klubunun transferin məbləğini azaltmağa çalışacağı bildirilir.

“Atalanta” uzun danışıqlar aparmaq niyyətində deyil və digər oyunçuları müqaviləyə daxil etmək variantını nəzərdən keçirmir.

Daha əvvəl Malinovskinin klubla müqaviləni 2025-ci ilə qədər uzadacağı bildirilirdi.

İtaliya çempionatının 10 turundan sonra “Atalanta” 24 xal toplayıb və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

A Seriyasının cari mövsümündə Malinovski “Atalanta”nın heyətində 9 oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button