“İnter”in futbolçusu zədələnib

“İnter”in yarımmüdafiəçisi Xuan Kuadrado sıradan çıxıb.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, kolumbiyalı futbolçunun sol “axilles vətəri”ndə problem yaranıb.

Kuadradonun ən azı A Seriyasının növbəti turunda “Torino” ilə matçı buraxacağı dəqiqləşib.

35 yaşlı futbolçunun iki həftədən sonra məşqlərə qoşulacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button