“Ağlamağa vaxtımız yoxdur” – “İnter”in kapitanı

“İnter”in qapıçısı Samir Handanoviç Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “Şaxtyor”a (Ukrayna) qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “neradzurra”nın kapitanı, 0:0 hesabıyla bitən görüşdən sonra bunları deyib:

“Qrupdan çıxmağa layiq olacaq oyunlar oynamadıq, bunlar həqiqətdir. Bu turnirə hazır deyildik. Ağlamağa vaxtımız yoxdur, İtaliya kuboku və A Seriyasına köklənmək məcburiyyətindəyik”.

B qrupunda “Real” (İspaniya), “Borussiya” (Münhenqladbax, Almaniya) və “Şaxtyor”la (Ukrayna) mübarizə aparan “İnter” qrupu sonuncu bitirərək, turnirlə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button