ÇL: “Burada heç-heçəyə sevinməyəcəyik” – Martines

“İnter”in hücumçusu Lautaro Martines UEFA Çempionlar Liqasının 4-cü turunun “Barselona” ilə oyunundan öncə mətbuat konfransında sualları cavablandırıb.

Komanda.az xəbər verir ki, argentinalı futbolçu, “İnter” üçün hər şeyini verdiyini deyib:

“Mən komanda yoldaşlarıma kömək etmək və hər gün təkmilləşmək üçün çalışıram. “İnter”in futbolçusu olduğum üçün çox fəxr edirəm. “Barselona” ilə danışıqlardan uzun illər keçib, indi “İnter”dəyəm və bu komanda üçün hər şeyimi verirəm. Bilirik ki, “Barselona”nın çox bacarıqlı futbolçuları var. Amma burada heç-heçəyə sevinməyəcəyik”.

Futbolçu son vaxtlar qol vura bilməməsi ilə bağlı sualı da cavablandırıb:

“Mən sakitəm, komanda üçün işləyirəm. Hər bir hücumçunun belə dövrləri olur və hədəflər heç gözləmədiyiniz anda reallaşır”.

“Barselona” – “İnter” matçı bu gün saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button