İkardiyə növbəti “elçi” – 7 milyon avroluq təklif

“İnter”in futbolçusu Mauro İkardiyə daha bir klub “elçi düşüb”.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Fransanın “Monako” klubu 26 yaşlı argentinalı hücumçunun xidmətində maraqlıdır. Liqa 1 təmsilçisinin İkardiyə illik 7 milyon avro məvacib qazanacağı müqavilə təklif etdiyi bildirlir.

“İnter”lə 2021-ci ilədək müqaviləsi olan İkardiylə “Yuventus”, “Napoli” və PSJ yaxından maraqlanır.