“İnter”i gələcəkdə yaxşı yerlərdə görmək istəyiriksə…” – Konte

“İnter”in baş məşqçisi Antonio Konte İtaliya A Seriyasının 10-cu turunda “Breşiya”nı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Konte, 2:1 hesabıyla qələbə qazandıqları oyunu belə şərh edib:

“Bu tip oyunlar çətin keçir. Çünki bütün matçları eyni futbolçularla oynayırıq. Bu futbolçular 9 gündə 4 oyun oynadı. Bu halda alınan hər bir nəticə qəbul edilə bilər. Belə bir oyun ortaya qoyub, qələbə qazandıqları üçün futbolçularıma təşəkkür edirəm.

Yorucu təqvimimizin yarısına çatmamışıq. “Bolonya” ilə oynayacağıq, daha sonra isə “Borussiya” (Dortmund) ilə ciddi matçımız var. Qarşıdakı 20 gündə 7 oyunumuz var. Bundan əvvəl belə bir təqvimə rast gəlməmişdim. Rəqiblərimizin belə təqvimi yoxdur. Buna görə də, vəziyyət çox qəribədir.

Rəqibimiz 2:0-dan sonra nəticəni dəyişmək üçün çox çalışdı. İrəlidə təzyiq etdilər və tez hücuma çıxmaq istəyirdlər. Çətin oldu, ancaq qazandıq.

Transferlərlə bağlı rəhbərliklə görüşməmişəm. Burdakı hər vəziyyəti öyrənmək istəyirəm. “İnter”də hələ dördüncü ayımdır. Bu heyəti daha da gücləndirmək üçün əlimdən gələni edəcəm. Futbolçulardan bacardıqlarının ən yaxşısını almağa çalışıram, amma bu, belə davam edə bilməz. “İnter”i gələcəkdə yaxşı yerlərdə görmək istəyiriksə, ciddi qərarlar verməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button