Konte: “Qorxumuz yoxdur, qələbə üçün meydana çıxacağıq”

“İnter”in baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Real”a qarşı keçirəcəkləri oyun haqda danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Konte, matçla bağlı bunları deyib:

“Hər oyunda xallar qazanmaq istəyirik. Zəif və güclü tərəflərimizi “Real”la oyunda test edəcəyik. Çempionlar Liqasını qazanan bir “İnter” yaratmaq üçün belə oyunlar vacibdir. Dünya futbolunda “Real” kimi komanda çox azdır. Qorxumuz yoxdur, qələbə üçün meydana çıxacağıq”.

Bu gün keçiriləcək “Real” – “İnter” matçı saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button