Konte narazıdır: “Sehrli çubuğum yoxdur”

“İnter”in baş məşqçisi Antonio Konte Çempionlar Liqasında “Slaviya” (Çexiya) ilə qarşılaşdıqları oyundan (1:1) sonra açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Konte, “Slaviya”nın onlardan daha üstün oynadığını deyib:

“Daha yaxşısını edə bilərdik. Bu, məşqlərdə üzərində işlədiyimiz oyun planı deyildi. Xarakter baxımından da yaxşı olmalıyıq.

“Slaviya” qərarlılıq və xarakter baxımından bizdən üstün oldu. Açığı, bugünkü oyunumuzdan razı qalmadım. Yeni bir oyun anlayışının təməlini atırıq. Əlimdə sehrli çubuğum yoxdur. Görüləcək çox işimiz var.

Ümumilikdə, uzun toplardan nifrət edirəm. Bu, bizim futbol anlayışımızda yoxdur. Ancaq bu oyunda bunu çox etdik. Bizim planımızda bunlar yox idi”.