“İnter”də əsas heyət üzvü olmaq, “Barselona”da əvəzedici olmaqdan yaxşıdır” – Kapello

İtaliyalı mütəxəssis Fabio Kapello adı “Barselona” ilə yanaşı çəkilən Lautaro Martineslə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 73 yaşlı mütəxəssis, Martinesin “Barselona”ya keçəcəyi halda, problem yaşayacağını bildirib:

“Martines çox yaxşı futbolçudur. O, bir futbolçu kimi bütün xüsusiyyətlərə sahibdir, keyfiyyətli, sürətli hərəkətləri var. “Barselona”ya getmək və Luis Suareslə eyni mövqedə olmaq çətindir. Məncə, “İnter”də əsas heyət üzvü olmaq, “Barselona”da əvəzedici olmaqdan yaxşıdır”.