“İnter” “Yuventus” üzərində qələbə ilə kubokun qalibi oldu

Futbol üzrə İtaliya kubokunun qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, həlledici oyunda “Yuventus” və “İnter” komandaları üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib – 2:2. Əlavə vaxtda daha iki qol vuran “İnter” İtaliya kubokunun qalibi olub. Milan təmsilçisi tarixində 8-ci dəfə buna nail olub.

İtaliya kuboku
Final
11 may

Yuventus – İnter 2:4
Qol: A.Sandro, 50. Vlahoviç, 52 – Barella, 7. H.Çalhanoğlu, 80-pen. Perişiç, 98-pen; 102.