“İnter” Aleksis Sançesi tibbi müayinədən keçirdi

“Mançester Yunayted”in futbolçusu Aleksis Sançesin “İnter”in maraq dairəsində olduğunu xəbər vermişdik.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “İnter” çilili futbolçunun transferini tamamlamaq üzrədir. Futbolçuyla anlaşan “neradzurra”, son olaraq Mançester klubu ilə də razılıq əldə edib. Milan klubu üçün tibbi müayinədən keçən hücumçunun yaxın zamanda rəsmi müqavilə imzalayacağı bildirilir.

Daha əvvəl 30 yaşlı futbolçunun “İnter”də icarə əsasında çıxış edəcəyi bildirilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button