Eriksen: Addım-addım İtaliyaya

“Tottenhem”lə müqaviləsi cari mövsümün sonunda bitəcək Kristian Eriksen karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “İnter” 27 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. “Neradzurra”nın futbolçu ilə əlaqə saxladığı və Eriksenin menecerinin klubla danışıqlar aparmaq üçün bu gün Milana getdiyi bildirilir. Tərəflər arasında razılıq əldə olunsa, Eriksen mövsümün sonunda azad agent kimi “İnter”ə transfer olunacaq.

2013-cü ildən “Tottenhem”in şərəfini qoruyan danimarkalı futbolçu, cari mövsümdə iştirak etdiyi 24 oyunda 3 qol, 3 məhsuldar ötürməylə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button