“İnter” onu satmağa razıdır

“İnter” klubu hücumçusu Lautaro Martinesi satmaq üçün təklifləri nəzərdən keçirməyə hazırdır.

Komanda.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb. Argentinalı futbolçu bir neçə klubun maraq dairəsindədir.

Martines Çempionlar Liqasında 13 oyundur ki, qol vura bilmir.

“İnter”də Lautaro Martinesin yerinə üç hücumçu namizəddir. Milan klubunun əsas transfer hədəflərindən biri “Sassuolo”dan Canluka Skamakkadır.

“İnter” “Yuventus”dan Paulo Dibala və “Lill”dən Conatan Davidlə də maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button