İkardinin yeni forma nömrəsi bilindi

“İnter” klubunun futbolçusu Mauro İkardinin yeni forma nömrəsi bilinib.

Komanda.az xəbər verir ki, argentinalı hücumçu bu mövsüm 7 nömrəli formanı geyinəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İkardi ötən mövsüm 9 nömrəli forma ilə mübarizə aparırdı. Yeni mövsümdən bu formanı Romelu Lukaku geyinəcək.