“İnter” futbolçusunu icarəyə verdi

İtaliyanın “İnter” klubu futbolçusu Stefano Sensini “Monza”ya icarəyə verib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçi 2022/2023 mövsümünü icarə əsasında sözügedən klubda keçirəcək.

“Monza”nın sahibi Silvio Berluskonidir. Komanda yeni mövsümdən A seriyasında oynamaq hüququ qazanıb.