Paytaxt klubundan əzmkar qələbə

İtaliya A Seriyasında 16-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Turun açılış matçında “Breşiya” “Leççe”ni qəbul edib və üç cavabsız qola sevinib. Baş məşqçi postuna Cennaro Qattuzonu gətirən “Napoli” isə “Parma” ilə qarşılaşıb. Neapol təmsilçisi bu oyundan da məğlub ayrılıb. “Sampdoriya” isə səfərdə “Cenoa” üzərində qələbəyə sevinib.

“Yuventus” bu turda “Udineze” ilə qarşılaşıb və qələbə qazanıb. “Roma” da SPAL-ı məğlub yola salıb. “Milan” isə “Sassuolo”nu sınağa çəkib və bu oyunda xal itkisi ilə üzləşib. Turun maraqla gözlənilən qarşılaşmasında lider “İnter” səfərdə “Fiorentina”nın qonağı olıb. Milanlılar bu görüşdə qələbəni son anda əldən veriblər.

Sonuncu oyun günündə “Latsio” “Kalyari” ilə səfər oyununda əzmkar qələbəyə sevinib.

İtaliya A Seriyası, 16-cı tur

14 dekabr

Breşiya – Leççe 3:0
Qol
: Çanselyor, 32. Torreqrossa, 44. Spalek, 61.

Napoli – Parma 1:2
Qol
: Milik, 64 – Kuluşevski, 4. Jervinyo, 90+3.

Cenoa – Sampdoriya 0:1
Qol
: Qabbyadini, 85.

15 dekabr

Verona – Torino 3:3
Qol
: Patsini, 69-pen. Verre, 76. Stepinski, 84 – Ansaldi, 36; 61. Berenquer, 55.

Milan – Sassuolo 0:0

Bolonya – Atalanta 2:1
Qol
: Palasio, 12. Poli, 53 – Malinovski, 60.

Yuventus – Udineze 3:1
Qol
: Ronaldo, 9; 37. Bonuççi, 45 – Pussetto, 90+4.

Roma – SPAL 3:1
Qol
: Pelleqrini, 53. Perotti, 66-pen. Mxitaryan, 83 – Petanya, 44-pen.

Fiorentina – İnter 1:1
Qol
: Vlahoviç, 90+2 – Valero, 8.

16 dekabr

Kalyari – Latsio 1:2
Qol
: Simeone, 8 – L.Alberto, 90+3. Kaysedo, 90+8.

Bombardir: Çiro İmmobile (Latsio) – 17 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button