Lukakunun transferi rəsmiləşir – İllik 7,5 milyon avro

“İnter” uzun müddətdir transfer hədəfində olan Romelu Lukakunun transferini rəsmiləşdirir.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “neradzurra”, Ole-Qunnar Sulşerin gəlişindən sonra “qırmızı şeytanlar”dan ayrılmaq istəyən belçikalı hücumçu ilə razılıq əldə edib. 26 yaşlı futbolçunun “İnter”lə ildə 7,5 milyon avro qazanmaqla, 5 illik müqavilə bağlayacağı bildirilir.

Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

Bu mövsüm “Mançester Yunayted”in heyətində 45 oyunda iştirak edən Lukaku, bu matçlarda 15 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button