“İnsanlar çox mehribandır, səni evdəki kimi hiss etdirirlər” – Hagen

“Səbail”in qvatemalalı qapıçısı Nikolas Hagen açıqlama verib.

Komanda.az xəbər verir ki, “futbolcentroamerica.com”a danışan futbolçu, Bakıdakı vəziyyətlə bağlı fikirlərini bölüşüb:

“Bu şəhərdə fərqli mədəniyyətlər var. İnsanlar çox mehribandır, səni evdəki kimi hiss etdirirlər. Elə davranırlar ki, sanki illərdir bu ailəniz üzvüsən. Harda olmağından asılı olmayaraq, hər kəs ilk gündən səmimi davrandı, kömək etməyə çalışdı”.

Hagen mövsümün əvvəlində paytaxt klubuna transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button