Dadaşovun klubu “Milan”dan futbolçu alır

İngiltərənin “Vulverhempton” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Milan”dan Frank Kessini transfer etməyə yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Vulverhempton”un “Milan”la 28 milyon avro qarşılığında razılaşdığı bildirilir.

“Vulverhempton” bir müddət əvvəl Azərbaycan millisinin üzvü Renat Dadaşovu transfer edib. 20 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalayan “canavarlar”, Renatı Portuqaliyanın “Pasuş de Ferreyra” klubuna 1 illik icarəyə verib.

“Vulverhempton” bu yay “Milan”dan Patrik Kutroneni də heyətinə qatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button