“Nyukasl” “Mançester Yunayted”in 4 futbolçusuyla maraqlanır

İngiltərənin “Nyukasl” klubu “Mançester Yunayted”in 4 futbolçusuyla maraqlanır.

Komanda.az xəbər verir ki, bu barədə “The Mirror” nəşri məlumat yayıb.

Premyer Liqa təmsilçisi “qırmızı şeytanlar”dan hücumçu Antoni Marsial, yarımmüdafiəçi Donni Van de Bek, Cessi Linqard və müdafiəçi Erik Bayi ilə yaxından maraqlanır.

“Nyukasl” klubunun səhmlərini Səudiyyə Ərəbistanında fəaliyyət göstərən investisiya fondu alıb. Fondun sərvəti 434 milyard avrodan çoxdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button