Qvardiola: “Azarkeşlər olsaydı…”

İngiltərənin “Mançester Siti” komandasının baş məşqçisi Xosep Qvardiola açıqlama verib.

Komanda.az xəbər verir ki, BBC-yə danışan ispan mütəxəssis, Premyer Liqada çempion olduqları mövsümü dəyərləndirib:

“Azarkeşlər olsaydı, fərqli mövsüm olardı. Çempionluğu fanatlarımızla birgə qeyd etdiyimiz üçün şanslıyıq. Stadion dolu olmasa da, azarkeşlərin olması bizi sevindirdi.

Ötən ilin dekabrından bu ilin martına qədər bütün oyunları qazandıq, sonda çempion olduq. Çempionlar Liqasının finalında qələbə qazanmaq istəyirik. İlk dəfə bu turnirin həlledici mərhələsinə yüksəlmişik. Tək fikrimiz qazanmaqdır”.

“Mançester Siti” Çempionlar Liqasının finalında İngiltərənin digər komandası “Çelsi” ilə qarşılaşacaq. Görüş mayın 29-da, Portuqaliyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button