“Mançester Siti” Halandla danışıqlar aparır

İngiltərənin “Mançester Siti” klubu “Borussiya”nın futbolçusu Erlinq Halandla danışıqlar aparır.

Komanda.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, “şəhərlilər”in yayda Haland üçün “Borussiya”ya rəsmi müqavilə təklif edəcəyi bildirilib.

“Mançester Siti” ötən yay Haland üçün təklif göndərmiş, lakin “Borussiya” rədd etmişdi.

Norveçli hücumçu bu mövsüm “Borussiya” ilə 16 oyunda 19 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button