“Yuventus”dan “Everton”a – Rəsmi

İngiltərənin “Everton” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Yuventus”dan Moyze Kini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

“Everton” Kin üçün bonuslarla birlikdə 40 milyon avro ödəyəcək.

Moyze Kin son mövsümdə “Yuventus” forması ilə iştirak etdiyi 17 oyunda 7 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button