“Everton”da yeni hücumçu

İngiltərənin “Everton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Bornmut”dan Coşua Kinqi heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı hücumçu mövsümün sonuna qədər “Everton”da çıxış edəcək.

Norveç milli komandasının üzvü olan Kinq 2015-ci ildən “Bornmut”da çıxış edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button