Tuxeldən “Barselona”dan ayrılmaq istəyən futbolçuya tərif

İngiltərənin “Çelsi” komandasının baş məşqçisi Tomas Tuxel “Barselona”dan ayrılacağı gözlənilən vinger Osman Dembele haqda fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Tuxel, Dortmund “Borussiya”sında birgə çalışdığı Dembele ilə bağlı bunları söyləyib:

“Dembele yüksək səviyyəli futbolçulardan biridir. Onunla birgə işlədiyim üçün şanslıyam. Cəmi bir il birlikdə olduq. Ayrılıqlar qaçılmaz olur. Mən də “Borussiya”dan ayrılmaq məcburiyyətində qalmışdım. Dembele də həmin vaxt klubu tərk etmək qərarına gəlmişdi. O vaxtdan sonra onunla güclü əlaqəm olmayıb. Onun “Barselona”dakı durumu ilə bağlı çox şey bilmirəm. Buna görə də, bu haqda heç nə deməyəcəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button