Abraham İngiltərəni İtaliyaya dəyişə bilər

İngiltərənin “Çelsi” klubunun hücumçusu Temmi Abraham karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə “Milan” klubu yaxından maraqlanır. “Çelsi” ingiltərəli hücumçu üçün 40 milyon funt-sterlinq tələb edir.

“Milan” mövsümün sonunda Abrahamı heyətinə qatmaq üçün “zadəganlar”la danışıqlara başlayacaq. İngiltərə millisinin də üzvü olan futbolçu London klubundan ayrılmağa müsbət yanaşır.

Abraham bu mövsüm “Çelsi” ilə bütün turnirlər daxil olmaqla 30 oyuna çıxıb və 12 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button