“Arsenal”ın futbolçusu “İnter” yolunda

İngiltərənin “Arsenal” klubunun futbolçusu Şkodran Mustafi karyerasını “İnter”də davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə İtaliyanın “Tuttosport” nəşri məlumat yayıb. Xəbərdə, “neradzurra”nın baş məşqçisi Antonio Kontenin alman müdafiəçini komandasında görmək istədiyi bildirilib.

“İnter” qış transfer pəncərəsi dövründə Mustafini heyətinə qatmaq üçün “Arsenal”la danışıqlara başlayacaq.

2016-cı ildən London klubunda forma geyinən müdafiəçinin müqaviləsi 2021-ci ilin yayına qədərdir. 28 yaşlı futbolçu bu mövsüm “Arsenal”la 7 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button