“Marsel” “Arsenal”ın futbolçusunu icarəyə götürmək istəyir

İngiltərənin “Arsenal” klubunun futbolçusu Matteo Genduzi karyerasını Fransada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ilə “Marsel” yaxından maraqlanır. Bu barədə “Lequipe” nəşri məlumat yayıb. Xəbərdə, “Marsel”in Genduzini icarəyə götürmək istədiyi və “Arsenal”la rəsmi danışıqlara başladığı bildirilib.

Genduzi son mövsümü icarə əsasında Almaniyanın “Herta” klubunda keçirib. Fransalı futbolçunun “Arsenal”la müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button