“Arsenal”da məşqçi istefası

İngiltərənin “Arsenal” klubunda baş məşqçi Mikel Artetanın köməkçisi olan Fredrik Lunqberq vəzifəsindən ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə “topçular”ın mətbuat xidməti məlumat yayıb. Lunqberq baş məşqçi kimi təcrübəsini daha da zənginləndirmək üçün “Arsenal”dan ayrıldığını bildirib.

Lunqberq 2018-ci ilin yayından “Arsenal”da məşqçilik edirdi. O, ispan mütəxəssis Unay Emerinin istefasından sonra müvəqqəti “topçular”da baş məşqçilik etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button