“Arsenal” 6 futbolçu ilə yollarını ayıracaq

İngiltərənin “Arsenal” klubu yayda altı futbolçusu ilə yollarını ayırmağı planlaşdırır.

Komanda.az xəbər verir ki, bu barədə “Football London” portalı məlumat yayıb. Xəbərdə, “Arsenal”ın yayda Eynsli Meytlend-Naylz, Edvard Nketia, Lukas Torreyra, Matteo Genduzi, Hektor Belerin və Aleksandr Lakazettlə yollarını ayıracağı bildirilib. Klub rəhbərliyi sözügedən futbolçular üçün gələcək təklifləri dəyərləndirəcək.

“Arsenal” hazırda İngiltərə Premyer Liqasında 10-cu sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button