Konfrans Liqası matçı koronavirusa görə təxirə salındı

İngiltərədə “Tottenhem” və Fransanın “Renn” komandaları arasında dekabrın 9-da keçirilməli olan UEFA Konfrans Liqasının qrup oyunu ləğv edilib.

Komanda.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. “Tottenhem”də koronavirusa yoluxma hallarının artması səbəbindən “Renn”lə oyun təxirə salınıb.

G qrupunda mübarizə aparan “Renn” 5 turdan sonra 11 xalla 1-ci, “Tottenhem” isə 7 xalla 2-cidir. Niderlandın “Vitess” komandası 7 xalla 3-cü, Sloveniya “Mura”sı isə 3 xalla sonuncudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button