“İngiltərədə anadan olsaydım, futbolçu olardım” – Nurməhəmmədov

Yüngül çəkidə Mütləq Döyüş Çempionatının (UFC) keçmiş çempionu Həbib Nurməhəmmədov futbola münasibətindən danışıb.

Komanda.az xəbər verir ki, Nurməhəmmədov, futbolu MMA döyüşlərindən daha çox sevdiyini deyib:

“Burada (Londonda) çoxlu müxtəlif insanlar var. Düşünürəm ki, “Arsenal”, “Çelsi”, “Tottenhem”, “Mançester Yunayted”in azarkeşləri var, ona görə də, sevimli İngiltərə komandamın adını çəkməyəcəm. Deyim ki, İngiltərə Premyer Liqasını sevirəm. Mən futbolu sevirəm və ümumiyyətlə, futbol MMA-dan qat-qat yaxşıdır. Bunu əvvəllər də demişəm və həmişə deyəcəm. Bunu bilən insanlar soruşurlar: “O zaman niyə MMA döyüşçüsü oldun?” Düzünü desəm, bu bir növ təsadüfdür. Hesab edirəm ki, bu, mənim Dağıstanda doğulub boya-başa çatmağımla əlaqədar baş verib. İngiltərədə anadan olsaydım, futbolçu olardım”.

Nurməhəmmədov 29 döyüşdə 29 qələbə qazanıb. Rusiyalı döyüşçü karyerasını 2020-ci ilin oktyabrında başa vurub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button