AÇ-2020: “Şübhəsiz, italyanlar finalda olmağa layiqdirlər”

İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt AÇ-2020-nin finalında İtaliya millisinə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, ingilis mütəxəssis, İtaliya yığmasının inkişafından söz açıb:

“İtaliya millisi son iki ildə yaxşı çıxış edir. Onların inkişafını yaxından izləyirik. Necə oynadıqlarını görürük. Böyük fədakarlıq edirlər və əla oyun üslubu sərgiləyilər. Şübhəsiz, italyanlar finalda olmağa layiqdirlər. Final yolunda iki güclü rəqibi – İspaniya və Belçikanı məğlub etdilər. Görünür ki, bizi italyanlara qarşı çətin sınaq gözləyir”.

Sabah keçiriləcək İngiltərə – İtaliya matçı saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button