Hakimin və rəqibin üzünə öskürən futbolçu meydandan qovulacaq

İngiltərə Premyer Liqasında rəqibinin və ya hakimin üzünə bilərəkdən öskürən futbolçular meydandan kənarlaşdırılacaq.

Komanda.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb. Xəbərdə, İngiltərə Futbol Assosiasiyasının (FA) oyunçuların davranışlarıyla bağlı hakimlər üçün yeni təlimatlar hazırladığı bildirilir.

Yeni təlimata əsasən, hakimlər futbolçuların qol sevincini qeyd edərək, sosial məsafə qaydalarına əməl etməmələrinə görə məsuliyyət daşımır. Həmçinin referilər futbolçuları tüpürdükləri üçün cəzalandıra bilməyəcəklər.

İngiltərə Premyer Liqasında yeni mövsüm sentyabrın 12-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button