Daha iki futbolçuda koronavirus aşkarlandı – Premyer Liqada

İngiltərə Premyer Liqasında çıxış edən klublarda koronavirusa görə aparılan növbəti testlərin nəticələri açıqlanıb.

Komanda.az xəbər verir ki, 996 nəfərdən götürülən analizlərdən sonra 2 futbolçuda virus aşkarlanıb. Bu barədə “Sky Sports” nəşri məlumat yayıb. Virusa yoluxan futbolçuların adları açıqlanmır və onlar müxtəlif komandaların üzvləridir.

Premyer Liqa klublarının üzvlərindən götürülən ilk testlərdə 6 nəfərdə virus aşkarlanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button