AÇ-2020: Özündən narazı ingilis

İngiltərə milli komandasının futbolçusu Luk Şou AÇ-2020-nin yarımfinal mərhələsində Danimarkaya qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, müdafiəçi, hər zaman öz performansından narazı olduğunu deyib:

“Ukrayna ilə oyunda iki məhsuldar ötürmə etməyim əladır, ancaq daha yaxşı oynaya biləcəyimi düşünürəm. Hər zaman özümdən narazıyam.

Rahim Sterlinqlə az oynamışam. Ancaq artıq birlikdə hazırlaşırıq və bir-birimizi başa düşürük. Onun nə zaman mərkəzə qaçacağını, nə zaman qaçmayacağını yaxşı bilirəm. İndi birlikdə çalışırıq. Bütün komanda ilə bir-birimizi yaxşı başa düşürük. Bu, nə qədər yaxşı olduğumuz mənasına gəlir.

Final üçün artıq bir addım qalıb. Düzdür, yarımfinal matçı çətin olacaq. Finala çıxmaq üçün çox çalışmalıyıq. Meydanda bütün gücümüzü verəcəyik ki, azarkeşlərimiz yenidən sevinsin və bizə inansın”.

Bu gün keçiriləcək İngiltərə – Danimarka matçı saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button